Dünyanın ən nazik smartfonu


Dünyanın ən nazik smartfonu


O, tezliklə Avropa və Asiyada satışa çıxarılacaq
Samsung şirkəti yeni “Galaxy S II” smartfonunu təqdim edib. Onun qalınlığı 8,49 mm-dir. Bu, dünyanın ən nazik smartfonudur.
“Galaxy S II” smartfonu Google Android 2.3 əməliyyat sistemi ilə işləyəcək.
“Galaxy S II” modelin displeyi 4,27 düym diaqonala malikdir, onun təsvir ölçüsü isə 800x480 piksel təşkil edir. Cihaz Samsung şirkətin istehsal etdiyi Super AMOLED+ texnologiya əsasında işləyir.
Yeni modelin üz və arxa panelində kamerası var. Cihazın üz panelində olan 2 meqapikselli kamerası yalnız videozənglər üçün nəzərdə tutulub. Arxa panelində olan 8 meqapikselli kamera isə Full HD videoçarxların yazılması üçündür.
Fevral ayında yeni məhsul Avropa və Asiya ölkələrində alıcılara təqdim olunacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar