"Transformerlər" əsasında yeni oyun yaradılacaq


"Transformerlər" əsasında yeni oyun yaradılacaq


Activision" şirkəti yeni “Dark of the Moon” video oyununun anonsunu verib. Xarici mətbuatın yazdığına görə, video oyun “Transformerlər” filminin motivləri əsasında çəkiləcək. Video oyun filmin proloq hissəsi olacaq. Hadisələr Cənubi Amerikadakı Detroyt şəhərində və Sibirdə hərbi sursat bazasında baş verəcək.
Oyunda çox istifadəçi rejimi olacaq. Oyunun işlənib hazırlanması ilə "High Moon" studiyası məşğuldur.
Qeyd edək ki, studiya əvvəllər də “Transformerlər” haqqında “War for Cybertron” adlı oyununu yaradıb. 2010-cu ildə satışa çıxarılan oyunu tənqidçilər müsbət qiymətləndirib.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar