Windows 8


Windows 8


İnternetdə Windows əməliyyat sisteminin 8-ci versiyası barədə bir sıra xəbərlərə rast gəlinir. Çoxlarında yaranan əsas sual isə bu yeni versiyanın nə zaman işıq üzü görəcəyidir. Bu yaxınlarda bir ilini qeyd etmiş Windows 7-nin parlaq uğuruna nəzər salsaq, növbəti versiyanın nə zaman çıxacağını proqnozlaşdırmaq bir qədər çətindir.
Buna rəğmən, bir sıra internet resurslarında yeni versiyanın reliz zamanı barədə müəyyən fərziyyələr irəli sürülməkdədir. Məsələn, Microsoft Netherlands bölümünün Windows 7 əməliyyat sisteminin bir yaşına həsr etdiyi press-relizində belə məlumat verilir ki, platformanın növbəti versiyasının təqdimatı iki ildən tez olmayacaq.
Başqa sözlə, Windows 8 2012-ci ildə işıq üzü görə bilər. Hər halda, relizin dəqiq tarixi hələlik naməlum olaraq qalır.
Belə güman edilir ki, növbəti platforma aşağıdakı yeni xüsusiyyətləri ilə seçiləcək:

1. Bu yaxınlarda təqdim edilmiş Mac üçün proqram əlavələri üzrə onlayn dükanın bir analoqu;
2. İstifadəçinin üzünü tanıma opsiyası;
3. Sürətli yüklənmə.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar