Microsoft


Microsoft

Microsoft-un icraçı direktoru Stiv Ballmer şirkətin kadr siyasətində ciddi dəyişikliklər etməyi planlaşdirir.Qeyd edək ki, yaxın vaxtlara kimi şirkətin idarə heyətində üstünlük əsasən marketoloqlara, reklam və satış üzrə mütəxəssislərə verilirdi. İndi isə S.Ballmer mühəndislik fəaliyyəti ilə məşğul olan mütəxəssisləri önə çəkməyi planlaşdırır. Şirkətin nümayəndələri bildirirlər ki, bu addım onlara Apple və Google kimi rəqiblərlə uğurlu rəqabət aparmağa kömək edəcək. Analitiklərin fikrincə, Stiv Ballmer mobil telefonlar və planşetli kompüterlər sahəsindəki uğursuzluqlarını aradan qaldırmaq məqsədi ilə bu addımı atır. Belə ki, Microsoft öz rəqiblərindən çox geri qalır və onlara çatmaq heç də asan olmayacaq.Lakin şirkət mobil texnologiyalar bazarının çox gəlirli olduğunu və bu sahənin inkişafının vacibliyini anlayır.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar