Hər 3 kompyuterdən 1-i virus hücumuna məruz qalır


Hər 3 kompyuterdən 1-i virus hücumuna məruz qalır

2010-cu ildə Avropa Birliyi ölkələrində internet istifadəçilərinin təxminən üçdə bir hissəsi virus hücumuna məruz qalıb. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Eurostat Avropa statistika agentliyinin hesabatında qeyd olunur. Virus hücumları hallarının əksər hissəsi Bolqarıstanda qeydə alınıb. Buradakı kompüterlərin 58 faizi virus hücumlarının qurbanı olub. Müvafiq siyahının ikinci pilləsində Malta (50%), üçüncü pilləsində isə Slovakiya yer alıb (47%). Virus hücumları səviyyəsi Macarıstan (46%) və İtaliyada (45%) da yüksəkdir. Ən kiçik həmlə səviyyəsi isə Avstriya (14%), İrlandiya (15%), Finlandiya (20%) və Almaniyada (22%) qeydə alınıb. Bu zaman zərərçəkmişlərin təqribən 3 faizi kiberdələduzluğun qurbanı olduğunu və pul itirdiklərini bildiriblər.Sorğuda iştirak edənlərin 84 faizi kompüterlərində mühafizə sistemlərinin olduğunu söyləyiblər. Mühafizə olunan kompüterlərin əksər hissəsi Niderlandın payına düşür. Niderlandda kompüterin təqribən 96 faizində antivirus proqramları istifadə edilir. Bu siyahıda isə Niderlanddan sonra Lüksemburq, Malta və Finlandiya yer alıb. Həmin ölkələrdə 91 faiz kompüterlər xüsusi proqramlarla mühafizə olunur.“Eurostat”ın hesabatında qeyd olunur ki, Avropa Birliyi ölkələrində evlərin yalnız 14 faizində uşaqların Şəbəkədəki hərəkətləri nəzarət olunur. İnternetdə uşaqların təhlükəsizliyinə əsasən Lüksemburq və Sloveniyada diqqət yetirilir. Bu ölkələrdə kompüterlərin 25 faizində uşaqların Şəbəkədəki təhlükəsizliyinə dair xüsusi proqramlar istifadə olunur.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar