Kompüter haqqında məlumat


Kompüter haqqında məlumat


Kompüter
Kompyuter - informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşınıdır. Başqa sözlə kompyuter, informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır.
1 Tarixi
2 Quruluşu
3 Sistem bloku
4 Yaddaş qurğuları

Tarixi
İnformatikanın əsas tərkib hissəsi olan kompyuter texnikası kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə İnformatikanın inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur.İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830-cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompyuterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsaslarıni inkişaf etdirilmişdir.Müasir kompyuterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan etibarən kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.
II nəsil (1960-1969) - element bazası əsasən yarımkeçiricilərdən ibarət olan elektron hesablama maşınları. Elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. Onların funksional imkanları xeyli artmışdır. BESM-4, Minsk-22, Ural-14 və s.
III nəsil (1970-1985) - element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM və başqa elektron hesablama maşınları yaradılmışdır. Bu nəsil kompüterlərin bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.
IV nəsil (1981-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİJ, ÇBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir (FK). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: IBM PC, IBM XT, IBM AT 286, IBM AT 386, IBM AT 486 və s.
V və sonraki nəsil - yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompyuterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompyuterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompüterlərin məhsuldarlığı bəzi hallarda və müəyyən sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompyuterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.

Quruluşu
-Kompüter aşağıdakı qurğulardan təşkil olunmuşdur:
-Sistem bloku,
-Monitor,
-Klaviatura,
-Maus, (siçan).

Əlavə qurğular (periferiya qurğuları):
-Printer, (çap qurğusu)
-Skaner,
-Modem,
-Rəqəm videokamerası,
-Səs gücləndiriciləri və s.

Kompyüterlər portativ variantda da istehsal olunur – "bloknot" (notebook). Burada sistem bloku, monitor və klaviatura bir korpusda qurulur: sistem bloku klaviaturanın altında, monitor isə klaviaturaya qapaq şəklində hazırlanır.
Monitor – informasiyanı əks etdirən qurğu.
Klaviatura – kompüterə məlumatı (verilənləri və əmrləri) daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə maşına istənilən simvolu (rəqəm, hərf, heroqriflər və s.) daxil etmək mümkündür.
Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür. Simvollu və ya qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda (1 dyuymda) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları.
Skaner – kağız üzərində olan mətn və qrafik məlumatı kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Kompüterə çox zaman USB portu vasitəsi ilə qoşulur.
Multimedia – informasiyanın emalı texnologiyası olub, mətni, səsi, qrafiki, şəkli və animasiyanı kompüter sistemində tam şəkildə birləşdirir.
Meynfreym – ümumi məqsədli yüksək məhsuldarlığa malik universal elektron-hesablama maşınıdır (EHM). Bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompüterlərin istehsalı ilə IBM kimi nəhəng şirkətlər məşğul olur.

Sistem bloku
Kompüterin sistem bloku sistem platası (ana plata) və ona qoşulmuş aşağıdakı hissələrdən təşkil olunmuşdur:
Operativ yaddaş (RAM) modulları
Mərkəsi prosessor və onun soyutma sistemi;
Müxtəıif adapterlər;
Sərt disk qurğusu (Hard Disj Device- HDD);
Videokart (Video Graphics Array-VGA);
Disket sürücüsü (Floppi Disk Drive- FDD);
CD-ROM (Compact Disk Read Only Memory);
CD-RW (Compact Disk Rewritable);
Səs platası (Sound Card);

Qida bloku;
Mərkəzi mikroprosessor – proqramları icra edən qurğudur. Prosessorun sürəti bir saniyədə onun yerinə yetirə biləcək əməliyyatların sayı ilə təyin edilir. Bu, bir çox amildən asılıdır. Onlardan takt tezliyini, bit sayını və mikroprosessorun arxitekturasını göstərmək olar.

Yaddaş qurğuları
İnformasiyanı yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar:
Operativ yaddaş (Random Access Memory – RAM. Kompüter söndürüldükdə operativ yaddaşda (OY) olan informasiya silinir.
Daimi yaddaş qurğusu (Read Only Memory – ROM) – yalnız oxumaq üçün istifadə olunan yaddaşdır. Burada kompüterin əsas sistem proqram təminatı olan BIOS saxlanılır.
Disketləri (floppi) oxuyan qurğu- artıq istifadə olunmayan kiçik tutuma malik disketləri oxuyub-yazmaq üçün qurğu.
Virtual yaddaş – yerinə yetirilən proqram(lar)a tələb olunan OY-ın həcmi mövcud fiziki yaddaşdan çox olduqda diskdə təşkil olunan operativ yaddaş. “Məsələn”-fiziki mövcud olan OY-ın həcmi 32 Mbayt olduğuna baxmayaraq o, 4 Q-bayta qədər virtual yaddaşdan istifadə edə bilər.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Pulsuz Kompyuter Nobeli
Kompüter şini
Pulsuz Internetin əsasları....
Təəssüratlar 1
cabcorik
tewekkurler.. smile
Biz sosial şəbəkələrdə
Sayğaclar