Əməliyyat sistemləri haqqında


Əməliyyat sistemləri haqqında

Əməliyyat sistemi (en. Operating System (OS)) - hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir.Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir.Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşindan əməli yaddaşa köçürülür və butun başqa proqramlar həmən əməliyyat sistemi altında çalışır.

Əməliyyat sistemləri haqqında


Əsas funksiyalar:
-Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi
-Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün
-edilməsi
-Kompüterin əməli yaddaşının idarə edilməsi
-Kompüterin sabit yaddaşının idarə edilməsi
-İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması

Əlavə funksiyalar:
-Bir neçə əməliyyatın parallel olaraq yernə yətirilməsi
-Prosesslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması
-Kompüterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə)
-Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması
-Qoşulmaların idarə edilməsi

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:
-Sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
-Sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
-Prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
-Prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli;
-İnterfeysin tipinə görə: əmrli və obyektyönlü;
-İnformasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
-Resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.
-Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər.

Kompüterlərdə bir neçə tip əməliyyat sistemlərindən istifadə edirlər:
UNİX, DOS, MS DOS, OS/2, Windows 9x, Windows 95/98/Me/2000/XP/Vista Windows7. Fərdi kompüterlərdə əsasən Windows 9x (1995-ci ildə yaradimışdır) əməliyyat sistemi proqram təminatından geniş istifadə olunur. Windows 9x çoxməsələli əməliyyat sistem olub, qrafiki pəncərə istifadəci interfeysinə malikdir.
MSDOS(QDOS) əsasında: Microsoft Windows(+1993 Windows NT 3.1, NT 3.5, Windows 95, NT 3.51, NT 4.0, Windows 98, Windows 2000, Windows ME, Windows XP, Windows Server 2003, Windows Vista...)

Mac OS
UNIX əsasında:
Linux: Debian(Ubuntu, KNOPPIX və s.), SLS/RedHat(Fedora və s.), Slackware(SuSE, SLAX və s.) və s.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Təəssüratlar 2
Rauf-SDTK
Windows 8 Forever в?є
windows 7 forever в?є
wink
Biz sosial şəbəkələrdə
Sayğaclar