Nar Mobile Mobil modem


Nar Mobile Mobil modem

Nar Mobile Mobil modem proqramı.Bu xidmət aktivləşdirilmiş DATA və MMS xidməti ilə avtomatik olaraq aktivləşdirilir. Mobil Modem yerləşdiyiniz ərazidən asılı olmayaraq, DATA xidmətindən istifadə etməklə sizi internet əlaqəsi ilə təmin edən xidmətdir. Bu, işğüzar əlaqələrinizi ardıcıl saxlamaq üçün rahat, əlverişli və Azərbaycan Respublikasının Nar Mobile şəbəkəsinin (rominq istisna olmaqla) əhatə etdiyi bütün ərazisində təmin olunan xidmətdir.


Bu xidmət sayəsində siz:
Mobil telefondan modem kimi istifadə edərək İnternetə qoşula bilərsiniz;
Elektron poçtunuzu yoxlaya/elektron məktub göndərə və ya qəbul edə bilərsiniz;
Faylları qəbul edə və göndərə bilərsiniz;
Mobil telefon vasitəsi ilə məlumat mübadiləsi apara bilərsiniz (kompüterdən mobil telefona, mobil telefondan kompüterə);
Nar Mobile Sizə sürəti 1.2Mb/saniyəyə qədər Mobil Modem xidməti təklif edir.

Xidmətin aktivləşdirilməsi:
Mobil Modem xidmətindən istifadə etmək üçün əsas şərtlər aşağıdakılardır:
Stolüstü kompüter və ya noutbuk olmalıdır;
Mobil telefonun modeli GPRS, EDGE və ya 3G texnologiyasını dəstəkləməlidir;
Mobil telefonun mobil modem funksiyası üçün drayveri stolüstü kompüterə və ya noutbuka quraşdırılır.
DATA və MMS xidməti aktivləşdirilir.
Mobil telefona NarTURBO ayarı quraşdırılır.

Bundan sonra sizə lazım olanlar:
Mobil modem ilə təmin olunmuş mobil telefonu xüsusi interfeys kabeli (COM və ya USB interfeysi – mobil telefonun modelindən və kompüter və ya noutbukda portların əlverişli olmasından asılı olaraq), infraqırmızı (Infrared) və ya Blutus (Bluetooth) interfeys əlaqəsi vasitəsi ilə kompüterə və ya noutbuka qoşursunuz.
DialUp Bağlantısını quraşdırın. Mobil telefonun modemini bu bağlantı üçün istifadə olunan modem kimi istifadə edin. Quraşdırmadan sonra kompüteri təkrar işə salın (restart);
“User” və “Password” (“İstifadəçi” və “Şifrə”) yerlərini boş buraxın, dialup nömrə kimi quraşdırın, NarTURBO profilinin mobil telefonunuzun yaddaşında görünmə ardıcıllığında nömrəsi X – (məsələn,);
Göstərilən nömrəni yığmaqla internetə qoşulursuz;
İnternet bağlantısından həzz alın.Tarif Mobil Modem xidməti ya sizin hesabınızdan, ya da aktivləşdirilmiş Nar Turbo paketindən tutulan İnternet trafikindən istifadə edir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Pullu [Açar mövcuddur] Connectify Hotspot 2015.0.4.34734
Aktivasiya mövcuddur WebcamXP Pro 5.5.1.2 Build 33540
Pullu [Açar mövcuddur] MOBILedit Forensic 10.0.0.24883
Pulsuz FlashTool 0.9.22.3
Biz sosial şəbəkələrdə
Sayğaclar