Dünyanın ən varlı adamı Jeff Bezos 1 sutka ərzində 2.3 milyard dollar qazandı



Amazon şirkətinin təsisçisi Jeff Bezos-un sərvəti bir sutka ərzində Amazon Prime servisinin istifadəçi sayının artması fonunda 2.3 milyard dollar yüksəlib. Qeyd etmək lazımdır ki, Amazon Prime servisinin istifadəçi kütləsinin sayı 100 milyonu keçib. 19 Aprel tarixindəki birja hərraclarında Amazon şirkətinin səhm qiymətləri 2.7% yüksəlib.

Beləliklə şirkətin bir dəyərli kağızının qiyməti 1568.52$ təşkil edərək bu ilin Mart ayının sonundan ən yüksək göstəricini sərgiləyib. Şirkətin bazar qiyməti isə 753.7 milyard dollara kimi yüksəlib.

Forbes-un məlumatına görə Bezos-un ümumi sərvəti 1.8% (2.3 milyard dollar) yüksələrək 128.8 milyard dollar təşkil edib. Qeyd etmək lazımdır ki, Bezos dünyanın ən varlı şəxsi olmaqda davam edir. O, Microsoft şirkətinin təsisçisi Bill Gates-i 37.2 milyard dollar üstələyir. Amazon şirkətinin səhm qiymətləri Amazon Prime servisinin bütün dünya üzrə istifadəçi kütləsinin 100 milyonu keçməsi xəbərindən sonra yüksəlib.


Bundan öncə .şirkət sözügedən servisin istifadəçi kütləsi barəsində məlumat vermirdi. Həmin vaxtda analitiklər güman edirdilər ki, bu servisdən ortalama 90 milyon insan istifadə edir. Prime xidmətinin illik abunə haqqı 99$ təşkil edir. İstifadəçilər bu servis vasitəsilə istədikləri sayda məhsul sifariş verə və sifariş verdikləri məhsulları 2 gün ərzində pulsuz çatdırılma ilə əldə edə bilərlər. Həmçinin bu servis vasitəsilə istifadəçilər sifariş etdikləri məhsulu sifariş günündə və ya bir gün sonra əldə edə bilərlər. Bezos-un sözlərinə görə 2017-ci ildə Prime istfadəçiləri ümumilikdə 5 milyarddan çox məhsul sifariş veriblər. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
YUAN INTERNATIONAL