iPhone SE 2 gələn ay təqdim oluna bilər



Apple şirkəti iPhone SE 2 modelini gələn ay təqdim edə bilər. Bu barədə Global Sources Mobile Electronics sərgisində iştirak etmiş qoruyucu keys istehsalçısı Yaponiyanın Mac Otakara saytına xəbər verib. Qoruyucu keyslərin istehsalı ilə məşğul olan şirkətin verdiyi məlumata əsasən yeni iPhone SE orijinal modelin ölçüsünü özündə qoruyub saxlayacaq. Smartfon həmçinin 4 inç ekran və Touch ID texnologiyası ilə təchiz olunacaq. Smartfonun arxa paneli şüşədən hazırlana bilər. Bu isə o deməkdir ki, iPhone SE 2 naqilsiz şarj texnologiyasını dəstəkləyə bilər. Bundan əlavə olaraq şirkət bildirib ki, smartfonda 3.5 mm-lik audiogiriş olmayacaq və o, A10 Fusion prosessoru ilə təchiz olunacaq. Təqdimatın May ayında baş tuta biləcəyi qeyd olunub.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
https://yuanpaygroup.site/index.html