Yeni iPhone'dan nə gözləmək olar?



Keçən il 6 nüvəli A11 Bionic prosessorları ilə satışa çıxmış iPhone modelləri texniki tərəfdən yüksək göstəricilər sərgiləyərək öz rəqiblərini geridə qoydular. Lakin həmin texniki performansı bu il də gözləmək olarmı? Bu suala cavabı isə Apple şirkətinin əsas çip istehsalçısı olan TSMC-nin məlumatlarında aşkar etmək olar. Bu barədə Ubergizmo saytı xəbər verib. Məlumata əsasən TSMC bu il 7 nanometrlik prosessorlara keçid etməyi planlaşdırır.


Şirkətin rəsmi bəyanatında deyilir ki, bu üsulla cihaz daxilindəki komponentlərin yerləşmə sıxlığını 1.6 dəfə artırmaq olar. Beləliklə də smartfonun performansı 20% yüksələcək, enerji sərfiyyəti isə 40% aşağı düşəcək. Çox güman ki, A12 prosessorunda məhz bu cür özəlliklər reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, bu məlumat sadəcə olaraq TSMC şirkətinin bəyanatları əsasında formalaşdırılıb və sadəcə ehtimal kimi qəbul oluna bilər. Belə ki, yeni iPhone modelinin özəllikləri tamamilə fərqli ola bilər.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Yuan International