loading...

Xiaomi şirkətinin 2023-cü ilə kimi təqdim edəcəyi smartfonlar məlum olub



    Avrasiya İqtisadi Komissiyasının məlumatlar bazasında Xiaomi şirkətinin yaxın gələcəkdə satışa çıxacaq smartfonları barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Killerfeatures saytı xəbər verib. Sözügedən siyahıya artıq təqdim olunmuş smartfonların yeni versiyaları və bir yeni smartfon seriyası daxil olub. Siyahıdakı smartfonlar 31 Dekabr 2023-cü il tarixinə kimi satışa çıxmalıdırlar. Məlumata əsasən Xiaomi Redmi S2-nin Redmi S1Redmi S3 adlı davamçıları olacaq. Yaxın zaman ərzində təqdim olunacaq Xiaomi Mi 7 isə Mi 7 Lite adlı daha büdcəli versiyaya sahib olacaq. Həmçinin şirkətin çərçivəsiz Mi Mix 2S modeli də yenilənəcək və onun adı Mi Mix 3S olacaq.


    Smartfonlar arasında həmçinin Redmi Note 6, Redmi Note 6a, Redmi Note 6 Prime, Redmi Note 6a Prime, Redmi 6 Plus Redmi 6a Plus modelləri də var. Bütün bunlardan əlavə olaraq şirkətin yeni smartfon seriyası olacaq Mi S haqqında da məlumatlar var. Həmin seriyaya Mi S, Mi S2Mi S3 modelləri daxil olacaq. Həmçinin Redmi seriyası da yeni modellərlə təmin olunacaq. Sadalanmış smartfonlardan əlavə olaraq Redmi seriyası həmdə Redmi A1Redmi A2 modelləri ilə genişləndiriləcək. Sözügedən bu smartfon modellərinin texniki özəllikləri, qiymətləri və təqdimat tarixləri barəsində hələki heç bir məlumat yoxdur.





Detallı məlumat

Statistika
Xəbərlər: 7579
+0

Rəylər: 13322
+0

İstifadəçilər: 48591
+1


Qrup üzrə:
Adminlər: 7
Redaktorlar: 1
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48582

Vaxt üzrə:
Bu gün: 1
Dünən: 3
Həftə ərzində: 10
Ay ərzində: 41

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar