Boston Dynamics şirkəti gələn ildən SpotMini robotunun satışına başlayacaq (VİDEO)



Robototexnika istehsalçısı olan Boston Dynamics şirkəti özünün 26 illik fəaliyyəti dövründə ilk dəfə robot satışına başlayacaq. Bu barədə Techcrunch saytı xəbər verib. Belə ki, 2019-cu ildə şirkət robotlaşdırılmış itə bənzəyən SpotMini robotunun satışını planlaşdırır. Növbəti ildə SpotMini robotunun kommersiya məqsədli satış planı üzrə Boston Dynamics şirkətinin təsisçisi Marc Raibert danışıb. Beləliklə şirkət 2019-cu ildə ilk 100 SpotMini robotunu satışa çıxartmağı planlaşdırır. Bununla belə robotun hansı qiymətə satılacağı barəsində heç bir məlumat yoxdur. Əlavə olaraq şirkət bildirib ki, sonuncu SpotMini modellərinin istehsalı əvvəlki modellərdən fərqli olaraq 10 dəfə daha ucuz başa gəlib.

 



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar