Galaxy S10 ekrana inteqrasiya olunmuş ultrasəsli barmaq izi skanına sahib ola bilər



    İlk dəfə məlumata əsasən Galaxy Note 9 smartfonu Samsung-un ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına sahib ilk cihazı olacaqdı. Lakin nədənsə bu baş vermədi və buna görə də Galaxy Note 9 standart olaraq arxa panel tərəfdən barmaq izi skanı texnologiyasına sahib oldu. Daha sonradan məlum oldu ki, şirkət hələki bu texnologiyanı istifadə etməyə hazır deyil. Hər halda keçən il bu belə idi.

    İndi isə ümidlər gələn il təqdim olunacaq Galaxy S10 smartfonunadır. Belə ki, yubiley model olacaq həmin cihaza qeyri-adi özəllik lazımdır ki, o, yubileyi lazımi şəkildə qeyd etsin. Bu cür özəllik əyilə bilən ekran da ola bilər, ekrana inteqrasiya olunmuş barmaq izi skanı da ola bilər. Koreyadan olan yeni hesabatlara əsasən bu cür texnologiyanın dəqiqliyi və uzunömürlülüyü üçün Samsung şirkəti özünün ekrana inteqrasiya olunmuş ultrasəsli barmaq izi skanı texnologiyasını hazırlayır.

    Bu cür texnologiyanın hazırlanması daha baha başa gəlir və kütləvi istehsalat üçün bir qədər qəlizdir. Lakin uzunmüddətli perspektivdə sözügedən texnologiyaya nəinki smartfonlarda həmdə avtomobillərdə və IoT (Internet of Things) sahəsində tələbat artacaq. Məlumata əsasən Samsung-un ekrana inteqrasiya olunmuş ultrasəsli barmaq izi skanı texnologiyası artıq hazırdır. Lakin onun dəqiqliyi Galaxy S10-nun çıxışına kimi təkmilləşdirilməlidir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
YUAN-INTERNATIONAL