Galaxy S8-in daha sadələşdirilmiş versiyası: Galaxy S Light Luxury təqdim olundu



Çində Samsung Galaxy S Light Luxury adlı yeni smartfonunun təqdimatı baş tutub. Qeyd etmək lazımdır ki, əvvəlcədən düşünülürdü ki, sözügedən model Galaxy S8 Lite adlanacaq. Lakin nəticədə Samsung şirkəti bu addan imtina etdi. Galaxy S Light Luxury keçən ilki Galaxy S8-in dizaynını, bir çox özəlliklərini özündə birləşdirsə də ondan bir neçə dəfə ucuzdur. Xarici görünüşcə yeni model tamamilə Galaxy S8-ə bənzəyir.


O, 18.5:9 nisbətli 5.8 inç Full HD+ ekran, Snapdragon 660 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 16 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin IP68 standartlı sudan və tozdan qorunma özəlliyini, Bixby səsli köməkçisinin işə salınması üçün ayrıca düyməni, 4G LTE şəbəkəsi dəstəyini, istifadəçi gözünün skanı texnologiyasını və naqilsiz şarj texnologiyasını özündə birləşdirir. Yeni Galaxy S Light Luxury 625$ qiymətinə satılacaq. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar