Yalançı mediaya qarşı mübarizə: Elon Musk, Pravda adlı sayt yaratmağı planlaşdırır



    Tesla SpaceX şirkətlərinin təsisçisi Elon Musk müasir jurnalistikanı sərt şəkildə tənqid edib və jurnalistlərə güvən səviyyəsinin qiymətləndirilməsi üçün nəzərdə tutulacaq Pravda adlı saytı işə salacağını bildirib. Bu barədə o öz Twitter hesabında xəbər verib. İlk öncə Musk müasir jurnalistikanın vəziyyətini KİV-də (Kütləvi İnformasiya Vasitələri) Tesla barəsində mənfi rəylər bildirən jurnalistlərin fonunda sərt tənqid edib. Onun fikrincə məqalələrdəki neqativ fikirlər getdikcə daha əhəmiyyətsiz olurlar.

“Yalnız düzünü danışdıqlarını bəyan edən və müqəddəs riyakarlığa sahib böyük medialar sadəcə olaraq yalanı yayırlar” – deyə Musk bildirib.

    Bundan sonra The Verge saytının əməkdaşı Andrew Hawkins bildirib ki, Musk, ABŞ prezidenti Donald Trump-a (o da medianı və fake xəbərləri tənqid edir) bənzəyən adama çevrilir. Cavabında isə Musk bildirib ki, insanlar artıq jurnalistlərə inanmırlar. Tesla şirkətinin müdafiəsində Musk bildirib ki, şirkət ətrafında neqativ fikirlər ona görə yaranıb ki, Tesla öz rəqiblərindən fərqli olaraq mediada reklam almır.


    Nəticədə Musk istifadəçilərin hər bir məqalənin düzgünlüyünü yoxlaya, jurnalist, redaktor və nəşrin doğruluq səviyyəsini izləyə biləcəkləri saytın istifadəyə verilməsini planlaşdırdığını bildirib. Jurnalist Mark Harris aşkar edib ki, Musk-ın əməkdaşlarından biri hələ 2017-ci ilin Oktyabr ayında Pravda adlı şirkəti qeydiyyatdan keçirdib. İdeyaya əsasən media təmsilçiləri saytdakı reytinqlərindən narahat olacaqlar və buna görə də ancaq düzgün məlumatları dərc edəcəklər. Bundan əlavə olaraq sayt botlardan qoruyacaq və səhv məlumatı yayan botlardan istifadə edən şəxsləri də aşkar edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar