Microsoft şirkəti məşhur GitHub servisini 5 milyard dollara ala bilər



    Microsoft şirkəti İT layihələrin kodlarının saxlanması üçün nəzərdə tutulmuş böyük platforma GitHub ilə birləşmək mövzusu ətrafında danışıqlar aparır. Bu barədə Business Insider saytı xəbər verib. Məlumata əsasən hal hazırda marketinq aktivliyi mövzusunda müzakirələr gedir və bu müzakirələrin bitməsindən sonra Microsoft şirkəti GitHub platformasını alacaq. Müqavilənin dəyəri isə 5 milyard dollar təşkil edə bilər. GitHub-ın alınması halında Microsoft şirkəti bütün dünya üzrə milyonlarla tərtibatçılara öz qapılarını aça və onları şirkətin bulud servislərinə inteqrasiya edə biləcək.

    Lakin bu müqavilə yüksək qiymət göstəricisi səbəbilə reallaşmaya da bilər. Belə ki, 2015-ci ildə GitHub 2 milyard dollar dəyərində qiymətləndirilirdi və şirkət həmin vaxtda ICO-ya çıxmağı planlaşdırırdı. Lakin şirkətin direktoru Chris Wanstrath-ın şirkətdən getməsi nəticəsində GitHub-ın qiymət göstəricisi azala bilərdi. Son 10 ay ərzində GitHub yeni direktor axtarışındadır. Əgər Microsoft GitHub-ı alsa, bu qərar startapın əsas ideyasının istiqamətinin dəyişilməsi demək olacaq. Belə ki, hələ keçən ilin sonunda bir sıra mənbələr xəbər vermişdilər ki, GitHub heç kimdən asılı olmayan servis kimi qalmaq ideyasının tərəfdarıdır. Hər iki tərəf bu məlumata rəy bildirməkdən imtina edib.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Yuan-International