Gözləntilər və onları qarşılamayan reallıq: Lenovo Z5 təqdim olundu



    Son bir neçə həftə ərzində Lenovo şirkəti özünün yeni smartfonu olan Z5 modeli ilə maraqları cəlb edirdi. Şirkət söz verirdi ki, Lenovo Z5 sözün əsl mənasında tam ekranlı (çərçivəsiz və ekran üzərində çıxıntısız) ilk smartfon olacaq. Bugün Pekində sözügedən smartfonun təqdimatı keçirildi və məlum oldu ki, Lenovo onun dizaynı barəsində hiyləgərlik işlədib.


    Bəli, smartfon ekran üzərində çıxıntı ilə təchiz olunub və onun aşağı hissəsində nəzərə çarpan çərçivə yerləşdirilib. Smartfon 19:9 nisbətli 2246x1080 piksel keyfiyyətli 6.2 inç ekrana sahibdir. Ekranın və arxa panelin dözümlülüklərini həmçinin 2.5D Gorilla Glass qoruyucu şüşələri artırır. Lenovo-nun verdiyi məlumata əsasən Xiaomi Mi 8iPhone X-dən fərqli olaraq Z5 daha nazik çərçivələrə sahibdir. Beləliklə smartfonun ekranı ön panelin 95%-ni deyil 90%-ni əhatə edir.


    Texniki göstəricilərə gəldikdə isə Lenovo Z5 8 nüvəli Snapdragon 636 prosessoru, Adreno 509 qrafik sürətləndirici, 6 GB RAM, 64/128 GB daxili yaddaş, 16 MP + 8 MP (f/2.0 diafraqmalı) ikili arxa kamera, 8 MP-lik ön kamera və sürətli enerji yığma özəllikli 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Yaxşı xəbər ondan ibarətdir ki, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 200$, 128 GB daxili yaddaşa sahib versiya isə 280$ qiymətinə satılacaq. Həmçinin Lenovo Z5 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Onun satışlarına 12 İyun tarixində start veriləcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar