Agent 47 geri qayıdır: Hitman 2 oyunu rəsmi şəkildə anons olundu (VİDEO)



    Warner Bros. şirkəti IO Interactive studiyası ilə birlikdə rəsmi olaraq Hitman 2 oyununu anons etdi. 2016-cı ildə satışa çıxmış Hitman oyunundan fərqli olaraq yeni oyun epizodik formatda satışa çıxmayacaq. Əgər yadınızdadırsa həmin Hitman oyununun hər bir yeni epizodunu oyunçu almaq məcburiyyətində qalırdı. Yeni oyunda isə studiya bu cür formatdan imtina edib. Bu isə o deməkdir ki, oyunu alacaq oyunçular onu tam versiyada əldə edəcəklər. Süjet xətti cəhətdən ikinci oyunu birinci oyunun davamıdır. Oyunçular Agent 47 ilə birlikdə daha çox ekzotik yerlərə səyahət edərək yüzlərlə insanı sifariş ilə qətlə yetirməli olacaqlar. Hitman 2 bu ilin Noyabr ayında PC, PS4Xbox One konsolları üçün satışa çıxacaq. Oyun haqqında əlavə məlumatlar isə E3 2018 oyun sərgisində veriləcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
INTERNATIONAL YUAN