QWERTY klaviaturalı müasir smartfon: BlackBerry KEY2 təqdim olundu



    Müasir smartfonlarda böyük ekran trendinə baxmayaraq BlackBerry brendi Çinin TCL şirkətinin rəhbərliyi altında fiziki QWERTY klaviaturalı smartfonları istehsal etməkdə davam edir. Təqdim olunmuş yeni BlackBerry KEY2 smartfonu müasir trendlərlə müqayisədə 1620x1080 piksel keyfiyyətli 4.5 inç IPS ekranla təchiz olunub. Ekran həmçinin Gorilla Glass 3 qoruyucu şüşə ilə əhatə polunub. Korpusun əsas çərçivələri alüminium, arxa paneli isə Soft-touch plastikindən hazırlanıb. Şirkət həmdə smartfonda olan QWERTY klaviaturanı da təkmilləşdirib. Belə ki, düymələr arasındakı məsafələri və mətn yazan zaman onları klikləmək üçün rahatlığın təmin olunması baxımından hündürlükləri böyüdülüb.


    Barmaq izi skanı texnologiyası klaviaturanın “Space” düyməsinə inteqrasiya olunub. KEY2 modeli BackBerry smartfonları arasında ilk cihazdır ki, ikili arxa kamera ilə təchiz olunub. Smartfon 12 MP +12 MP ikili arxa kameraya sahibdir. İkinci kamera portret rejimi və təsvirin optik zoom-u üçün istifadə olunur. Smartfon həmdə 8 MP-lik ön kameraya da sahibdir. Texniki göstəricilərə gəldikdə isə KEY2 8 nüvəli Snapdragon 660 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş (microSD dəstəkli), 3500 mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz olunub. BlackBerry KEY2 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Lakin şirkət söz verib ki, gələcəkdə smartfon Android P-yə kimi yenilənəcək. Smartfonun satışlarına bu ay start verilir və onun qiyməti 649$ təşkil edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
International Yuan