Barəsində halına yanacağımız süni zəka yaratmaq mümkündürmü?



Bir çox fantastların kitablarında elə süni zəkalara rast gəlmək olar ki, oxucu real insan üzərində necə narahatlıq hissi keçirdirsə, həmin süni zəkalar üzərində də narahatlıq hissi keçirdir. Kitablarda, filmlərdə və video oyunlarda ağıllı robotlar insanlarda təbii hisslər və emosiyalar yaradırlar. Lakin bu cür süni zəka real həyatda da yaradıla bilərmi? İrlandiyadan olan yazıçı Maria Farrell insan ilə süni zəka arasında emosional əlaqənin yaradılması üçün nəyin lazım olduğu üzrə fikirlərini bölüşüb. Neil Stephenson-un The Diamond Age” adlı romanında nanotexnoloji gələcəkdən bəhs olunur. Həmin gələcəkdə The Young Lady’s Illustrated Primer” adlı ağıllı kitab var. Bu kitab romanın baş qəhrəmanının həm anası, həm dostu, həmdə müəllimi olur. Romanı oxuyan zaman isə oxucu bu ağıllı kitaba xüsusi sevgi duyğusu bəsləyir. Bu cür süni zəka üzrə daha bir misal isə Becky Chambers-in The Long Way to a Small , Angry Planet” romanındakı kosmik gəmini idarə edən Lovelace adlı süni zəkadır. Kosmik gəmi ilə nə isə baş verən zaman oxucu real insan üzərində necə narahatlıq keçirdirsə, həmin kosmik gəmi üzərində də narahatlıq hissi keçirdir.

Sadalanmış hər iki kitabda süni zəka canlı varlıq kimi hiss olunur. Bununla belə bu hissiyyat o qədər parlaqdır ki, oxucu hətta bu cür süni zəkanın real həyatda olmasını istəyir. Bu bir növ James Cameron-un Avatar” filminə baxandan sonra insanların Pandora planetində yaşama istəklərinə bərabərdir. Lakin bu cür süni zəkanı yaratmaq mümkündürmü? Kitablarda əks olunan hekayələrdən fərqli olaraq canlı süni zəka uzun hesablamalardan sonra yarana bilməz. 90-cı illərin kiberpunk janrını unudun. Şəbəkənin nə dərəcədə böyük və qəliz olmasından asılı olmayaraq şüur orada yarana bilməz. Həyatı da təkcə Petri fincanını (mikrobiologiyada mikroorqanizmlərin becərilməsi üçün geniş istifadə olunan dairəvi şüşə qab) qızdırıb daha sonra ordakı varlığı sakitləşdirmək üçün fincanı əsdirmək vasitəsilə yaratmaq olmaz. Şüurun qəliz sualı da birdən birə bir gecə ərzində hansısa server fermasında həll oluna bilməz. Ağıllı süni zəkanı yaratmağa imkan verəcək proqram bizim şüurumuzun sərhədlərindən də o tərəfdə yerləşir.

Mühəndislik nöqteyi nəzərdən isə bu cür süni şüura yeni növ prosessorlar lazım olacaq. Hesablamalar bu cür miqyasda məlumatların elə paralel emalını tələb edəcək ki, çox güman ki, kvant hesablamara keçid etmək lazım gələcək. Beləliklə çox güman ki, insanlar Mars planetində koloniyanın yaradılmasını ağıllı süni zəkanın yaradılmasından daha tez reallaşdıracaqlar. Bundan əlavə olaraq tam rəqəmsal şəxsi əldə etmək üçün sadə süni zəka assistentlərindən fərqli olaraq daha geniş miqyaslı davranış sistemini yaratmaq lazım gələcək. Bunu necə etmək olarBunun üçün Catherine Brady-nin Story Logic and the Craft of Fiction” adlı kitabına nəzər yetirmək lazımdır. Bu kitabda yazıçı personajın yaradılması prosesini izah edir. Onun sözlərinə əsasən keyfiyyətli personajın söz və hərəkətlərinə inanmaq və ən başlıcası onları intuitiv səviyyədə anlamaq olar.

Buna görə də azad şəkildə fikirləşən, hiss edən və dərin şəxsiyyətə sahib olan süni zəkanı sürətli və asan üsulla yaratmaq hələki qeyri-mümkündür. Lakin gələcəyin perspektivləri necədir? 1 il bundan öncə mən xüsusi layihə üçün yaxın elmi-fantastik gələcək barədə qısa mətnlər yazmışdım. Həmin mətnlərdə bizləri yaxın 25 il ərzində nələrin gözləcəyi əks olunmuşdur. Layihənin digər iştirakçıları fikir vermişdilər ki, Şimal yarımkürəsində gələcəyə daha pessimist yanaşırlar. Eyni vaxtda inkişafda olan ölkələrin vətəndaşları isə yeni texnologiyalara sevinirlər. 1 il öncəki mətnlərimdən birində mən ənənəvi rəqəmsal assistentlərdən fərqlənən Mishee adlı süni zəka barəsində uydurulmuş xəbər yazmışdım. Mishee adı Afrika dilindən tərcümədə “xoşbəxtlik, heyranlıq” deməkdir. Adi rəqəmsal köməkçilər istifadəçini ekosistemdə saxlamağa və onun nə isə almasına məcbur etməyə çalışırlar. Mishee isə həmişə insanın tərəfindədir və ona heçnə aşılamır.

Mən düşünürəm ki, sinqulyarlıq (hansı səviyyədə olmasından asılı olmayaraq) niyyətli şəkildə edilmiş bir şey olacaq. Və əgər biz sözün əsl mənasında ağıllı süni zəka istəyiriksə, ən qəliz problem və sulları həll etməyə başlamalıyıq. Təsəvvür edin ki, biz süni zəkadan bizə lazım olmayan məhsulların alınmasını aşılamaq üçün deyil öz beynimizin təkmilləşdirilməsi üçün istifadə etsəydik nə olardı? Süni zəka bizim zəkamızı dəfələrlə üstələyəcək yeni zəkaların yaradılmasında bizlərə kömək etsəydi nə olardı? Əgər süni zəka bizim əşyamız olmasaydı (və ya əksinə bizlər onun) və biz onunla eyni hüquqlar səviyyəsində yaşasaydıq nə olardı? Robotlar arasındakı həyat antiutopiyaya bənzəyə bilər. Lakin bu cür nəticə bəlkə də insanların məlum olmayana və indiyənə kimi kəşf edilməyənə olan maraqlarını razı sala biləcək. Və bu cür nəticəyə ilk addımı atmaq üçün onu sadəcə olaraq təsəvvür etmək lazımdır.

Mənbə: Medium.com



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Yuan-International