Bu dəfə flaqman özəllikləri ilə: Huawei nova 3 təqdim olundu



    Huawei nova 3 smartfonunun təqdimatı 1 həftədən sonra baş tutacaq. Lakin istehsalçı sözügedən smartfon barədə bütün məlumatları təqdim etdi. Qeyd etmək lazımdır ki, əvvəlki nova modelləri büdcəli seqment üçün nəzərdə tutulurdu. Lakin 3-cü nəsil nova modelində flaqman texnologiyalardan istifadə olunub. Yeni smartfonun dizaynı əvvəlcədən məlum idi. Buna görə də bu mövzuda heç bir sürpriz olmayıb. Belə ki, smartfon xarici görünüşcə Huawei P20 flaqman modelinə bənzəyir. Huawei nova 3 19:9 nisbətli 6.3 inç Full HD+ keyfiyyətli LCD ekranla təchiz olunub. Həmçinin ekranın yuxarı hissəsində çıxıntı yeri də var.


    Texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 970 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş, 16 MP (f/1.8 diafraqmalı rəngli sensor) + 24 MP (f/1.8 diafraqmalı monoxrom sensor) ikili arxa kamera, 24 MP + 2 MP ikili ön kamera (hər iki kamera portret rejimini dəstəkləyir) və Super Charge sürətli enerji yığma texnologiyalı 3750 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin GPU Turbo texnologiyasını da dəstəkləyir. Onun sayəsində istifadəçilər oyunların keyfiyyətini qaldıra və enerji sərfiyyatını aşağı sala bilərlər. Smartfon EMUI 8.2 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Maraqlı xüsusiyyətlər arasında istifadəçi üzünün 3D skan dəstəyi və animasiyalı 3D Qmoji emojilərin yaradılması var. Huawei nova 3-ün qiyməti barəsində hələki heç bir məlumat verilməyib. Smartfon bu ayın sonunda satışa çıxacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar