Huawei şirkəti yeni Android'in tam adını sızdırdı



    Artıq gələn ay Android əməliyyat sisteminin yeni versiyası tam olaraq istifadəyə veriləcək. Lakin Google şirkəti hələki onun adını açıqlamayıb. Ənənəyə sadiq qalaraq növbəti Android versiyası da şirniyyat adı ilə əlaqəli olacaq və hərfi ilə başlayacaq. Heç gözlənilmədən isə Huawei şirkəti yeni Android versiyasının tam adını sızdırıb. Belə ki, şirkətin Polşa üzrə texniki xidmətinin əməkdaşı istifadəçilərdən biri ilə yardım məqsədli yazışmasında yeni Android versiyasının adını təqdim edib. Beləliklə əgər məlumat düzdürsə yeni versiya Android Pistachio adlanacaq. Qeyd etmək lazımdır ki, hələ bu ilin Fevral ayında Bloomberg saytı bildirmişdi ki, yeni əməliyyat sistemi versiyası Android 9.0 Pistachio Ice Cream adlanacaq. Çox güman ki, Google şirkəti Android 4.0 Ice Cream Sandwich ilə rəqabət aparmamaq üçün Ice Cream hissəsini yeni Android-in adından çıxardıb.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar