Ekrana inteqrasiya olunmuş barmaq izi skanı təkcə Galaxy S10-da olmayacaq



    Çindən olan məşhur Ice Universe adlı mənbənin verdiyi məlumata əsasən gələn il Galaxy S10 modelindən başqa daha büdcəli modellər də ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaqlar. Büdcəli modellər dedikdə misal olaraq Galaxy A seriyasını gətirmək olar. Qeyd etmək lazımdır ki, daha öncədən məhz Ice Universe Galaxy Note 9 modelində ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasının olma məlumatlarını təkzib etmişdir. Məlumata əsasən Samsung Apple şirkətinin yolu ilə gedərək gələn ilin əvvəlində 3 ədəd smartfon modeli təqdim edəcək. 5.8, 6.1 və 6.4 inç ekranlara sahib olacaq smartfonlar.


    Bununla belə ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını yalnız son iki model əldə edəcək. Sözügedən texnologiyanı Samsung üçün Qualcomm şirkəti hazırlayacaq. Qeyd etmək lazımdır ki, Qualcomm bu texnologiyanı hələ keçən ilin ortasında təqdim etmişdi. Lakin istehsalatda yaranmış problemlər nəticəsində texnologiyanın tətbiqi gecikmiş oldu. Samsung-un fikrincə bu yeni texnologiyanın tətbiqi öz növbəsində istifadəçilərin Galaxy S10 seriyasına biraz da olsun maraqlarını artırmalıdır. Beləliklə gələn il şirkət 60 milyon smartfon satmağı planlaşdırır. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən 6.4 inç ekrana sahib olacaq Galaxy S10 üçlü arxa kamera ilə təchiz olunacaq.



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar