loading...

Əlavə təhlükəsizlik həlli: Instagram'a SMS'siz ikifaktorlu yoxlanış sistemi gələcək



    2 il bundan öncə Instagram hesablarının doğruluğunun təyin edilməsi üçün ikifaktorlu yoxlanış sistemi bu məşhur servisə əlavə edilmişdi. Lakin dələduzlar bu sistemdən yan keçməyi bacardılar. Belə ki, bu sistemin ən zəif nöqtəsi Instagram hesabın telefon nömrəsinə bağlı olması idi. Çünki dələduzlar istifadəçinin telefon nömrəsini əldə edə bilərdilər. Məlumata əsasən Instagram bu problemin aradan qaldırılması yolunda çalışır. Instagram istifadəçiləri mobil nömrələrin oğurlanması üzrə yenicə yayılmış dələduzluq üsulundan sonra narahat olmağa başladılar.


    Belə ki, müəyyən istifadəçi barəsində bəzi məlumatları yığandan sonra dələduzlar mobil oepratora zəng edərək özlərini həmin qurban kimi təqdim edirlər. Bunu edəndən sonra onlar guya ki, itmiş SIM kart nömrəsinin yeni SIM karta keçirilməsini istəyirlər. Mobil nömrəni əldə edəndən sonra isə dələduzlar onun vasitəsilə online servis hesablarının şifrələrinin bərpa olunmasını reallaşdıra bilirlər. Bununla belə həmin şəxsləri təkcə istifadəçilərin bank hesabları maraqlandırmır.


    Belə ki, qara bazarlarda maraqlı adlara sahib Instagram hesablarına da böyük tələbat var. Beləliklə Instagram-a gələcək yeni ikifaktorlu yoxlanış sisteminin menyusu da təqdim olunub. Menyuda həmçinin Google AuthenticatorAuthy kimi kod generatorları ilə giriş imkanı da var. Heç bir SMS təsdiqi yoxdur. Mütəxəssislər həmdə mobil nömrəni servis hesablarına bağlamamağı da məsləhət görürlər. Yeni sistemin Instagram-da nə zaman aktiv olacağı barədə heç bir məlumat yoxdur.





Detallı məlumat

Statistika
Xəbərlər: 7726
+1

Rəylər: 13324
+0

İstifadəçilər: 48633
+0


Qrup üzrə:
Adminlər: 7
Redaktorlar: 4
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48621

Vaxt üzrə:
Bu gün: 0
Dünən: 2
Həftə ərzində: 10
Ay ərzində: 46

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar