Bundan sonra Instagram'da kimin online olduğunu görə biləcəksiniz



    Məşhur Instagram fotoservisi rəsmi olaraq elan edib ki, bundan sonra istifadəçilər öz dostlarından hansılarının online olub-olmadıqlarını görə biləcəklər. Bu yeni funksiya Facebook Messenger-dəki kimi çalışır. Belə ki, sizin Direct-də ünsiyyətdə olduğunuz şəxsin fotosunun altında yaşıl dairəvi işarə əks olunacaq. Əgər siz hansısa səbəbdən sizin dostlarınızın sizin online olub-olmadığınızı görmələrini istəmirsinizsə, bunu istədiyiniz zaman ayarlar vasitəsilə deaktiv edə bilərsiniz. Sözügedən yeni funksiya artıq bütün Instagram istifadəçiləri üçün aktiv edilib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar