Elon Musk smartfon bazarında: Tesla Quadra smartfonunun ön və arxa panel fotoları yayıldı



    Hələ keçən ilin Noyabr ayında Tesla şirkətinin smartfonu barəsində məlumatlar ortaya sızdırlmışdı. Beləliklə elektrik avtomobillər ilə məşhurluq qazanmış Tesla şirkəti smartfon bazarına daxil ola bilər. Bugün isə internetə smartfonun ön və arxa panellərinin fotoları yayıldı. Bu isə o deməkdir ki, şirkət smartfon istehsalı ideyasından imtina etməyib. Quadra kod adlı smartfonun hətta aşağı hissəsi də nazik çərçivə ilə əhatə olunub. Smartfonun yuxarı hissəsi isə kompakt çıxıntıya sahibdir.


    Arxa paneldə şirkətin böyük loqosu, ikili kamera yeri və aşağı hissədə səsgücləndiricilər üçün yer var. Əgər smartfon xəbəri düzdürsə, Model 3 avtomobilinin istehsalat probleminin olduğu bir vaxtda şirkətin üstəlik smartfon istehsalı ilə məşğul olması təəccübləndirici haldır. Həmçinin qeyd etmək lazımdır ki, şirkət keçən il smartfonlar üçün özünün istehsalı olan powerbankını da satışa çıxartmışdı. Çox güman ki, powerbank istehsalı smartfon bazarının potensialını yoxlamaq üçün test mərhələsi idi.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar