Android üçün olan Youtube tətbiqinə çoxdan gözlənilən Dark Mode rejimi gəldi



    Qeyd etmək lazımdır ki, iOS istifadəçiləri bu yeni funksiyanı hələ bu ilin Mart ayında əldə etmişdilər. İndi isə Youtube üçün Dark Mode funksiyası Android əməliyyat sisteminə gəlir. Çoxdan gözlənilən bu yeni funksiya Android əməliyyat sistemli smartfonlarda tədricən aktiv olacaq. Funksiyanın gəlməsindən sonra onu videoservisin ayarlarında aktiv etmək mümkün olacaq. Bütün istifadəçilərin Dark Mode rejimini nə zaman əldə edəcəkləri hələki bilinmir. Çox güman ki, buna bir neçə gün vaxt lazım olacaq. Qeyd etmək lazımdır ki, Dark Mode rejimi videoservisin interfeysini ağ mətnli boz-qara fona dəyişir. Bu cür rejim gecə vaxtlarında video izlənmə zamanı gözlərə o qədər də təzyiq göstərmir. Bundan əlavə olaraq əgər siz çıxıntılı ekrana sahib smartfon istifadə edirsinizsə, Dark Mode rejimi həmin çıxıntı hissəni bir qədər görünməz edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar