Barmaq izi skan texnologiyalı ekrana sahib Xiaomi Mi 8X'in ilk fotoları sızdırıldı



    Xiaomi şirkəti hələ yaz fəslində 3 ədəd flaqman smartfonu təqdim etmişdi. Lakin görünür, şirkət bunun üzərində dayanan deyil. Belə ki, internetə Xiaomi Mi 8X adlı modelin fotoları sızdırılıb. Arxa paneldən smartfon Xiaomi Mi 8-ə bənzəyir. Lakin arxa paneldə barmaq izi skanı hissəsi yoxdur. Bir sıra məlumatlara əsasən sözügedən smartfon modelində barmaq izi skanı texnologiyası birbaşa smartfon ekranına inteqrasiya olunacaq. Smartfonun həmçinin Snapdragon 710 prosessoru əsasında çalışacağı da deyilir.


    Hələ bu ilin yaz fəslində bir neçə mütəxəssis şirkətin əməliyyat sistemininin kodunda Snapdragon 710 prosessoruna sahib iki smartfon modeli barəsində məlumatlar aşkar etmişdilər. Həmin smartfonların kod adları Sirius Comet idi. Nəticədə məlum oldu ki, artıq təqdim olunmuş Xiaomi Mi 8 SE modeli məhz Sirius kod adına sahib imiş. Bu isə o deməkdir ki, Comet kod adına sahib ola biləcək smartfon məhz Xiaomi Mi 8X modelidir. Bir sıra məlumatlara əsasən smartfon Always on Display funksiyalı OLED ekran və 3100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Onun Android 8.1 Oreo əməliyyat sistemi əsasında çalışacağı gözlənilir. Xiaomi Mi 8X modelinin təqdimat və çıxış tarixləri barəsində hələki heç bir məlumat yoxdur.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar