Google Pixel 3 XL modelinin real fotoları və videosu sızdırıldı (VİDEO)



    Google Pixel 3 XL smartfon modelinin real fotoları təqdimatdan 2 ay öncə internetdə sızdırıldı. Sızdırılmış fotolarda Clearly White rəngli smartfon əks olunub. Məlumata əsasən fotolardakı smartfon satışdan öncəki versiyadır və cihazın final versiyası ondan cüzi fərqlənə bilər. Bununla belə artıq smartfonun xarici görünüşü barəsində dəqiq təsəvvür var. Maraqlısı ondadır ki, sızdırılmış fotolarda smartfon qutusunun daxilində USB Type-C girişli qulaqlıqlar var. Bu isə o deməkdir ki, smartfon komplektində həmçinin qulaqlıqlar da olacaq. Smartfon ekranının fotolarına əsasən demək olar ki, Pixel 3 XL Android 9 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Gözləntilərə əsasən Pixel 3 XL 8 nüvəli Snapdragon 845 prosessoru, 4 GB RAM və 2960x1440 piksel keyfiyyətli ekranla təchiz olunacaq. Bununla yanaşı smartfonun unboxing videosu da təqdim olunub.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar