iPhone 6 anidən qadın sürücünün maşınında partladı (VİDEO)



    İnternetdə qadın sürücünün öz avtomobilini idarə etdiyi zaman smartfonunun bir anda alışdığının və bir neçə saniyədən sponra partladığının əks olunduğu video yayılıb. Avtomobili idarə edərkən qadının iPhone smartfonu bir anda alışmağa başlayıb. Tüstünün yayılması nəticəsində qadın panikaya düşərək qışqırmağa başlayıb və avtomobili tez bir zamanda saxlamağa çalışıb. Bu zaman isə smartfon partlayıb. iPhone 6 modelinin sahibi olan həmin qadının sözlərinə əsasən smartfonun alışması onun batareyasındakı nasazlıq səbəbilə baş verib.

    Qadın bildirib ki, smartfona yeni batareya Çində mobil cihazların təmiri üzrə fəaliyyət göstərən və adı bilinməyən təmirxanada qoyulub. Qadın smartfona yerləşdirilmiş yeni batareyanın orijinal olduğuna şübhə ilə yanaşır. Bununla belə hadisə vaxtı smartfon heç şarj prosesində də olmayıb. İnternet istifadəçiləri isə videoya olan rəylərində məhz qadını günahlandırıblar. Belə ki, hadisə Şanxayda baş verib və orada hal hazırda 40 dərəcə istilik höküm sürür. Qadın isə öz smartfonunu gün işığının düşdüyü yerə qoyub. Apple öz növbəsində həmişə qeyd edir ki, günəş və ya başqa istilik mənbəyinin uzun zaman ərzində smartfona təsiri nəticəsində smartfonun batareyası kritik zərər görə bilər.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar