Whatsapp, istifadəçi mesajlarını mühafizə orqanlarına təqdim edəcək



    Dünyanın ən məşhur messenceri olan Whatsapp, mesajların şifrələnməsi sistemindən imtina etmək qərarına gəlib. Məlumata əsasən bu qərar Facebook şirkətinin tələbi ilə qəbul olunub. Facebook-un CEO-su Mark Zuckerberg-in sözlərinə əsasən bu cür addım öz növbəsində ABŞ hökumətinin tələbi nəticəsində atılıb.

    Məlumatda qeyd olunub ki, 2019-cu ildə Facebook şifrələnmə sisteminin daha sadələşdirilmiş versiyasına sahib xüsusi Whatsapp messencerini təqdim edəcək. Onun sayəsində mühafizə orqanlarının əməkdaşları, onları maraqlandıran istifadəçilər barəsində məlumatlar əldə edə biləcəklər. Bu üsulla mühafizə orqanları potensial terrorçular və psixi qüsurlu insanlar barədə xəbərdar olacaqlar. Bununla yanaşı yaxın zaman ərzində sözügedən messencerdə reklamlar da tətbiq olunacaq. Bu isə messencerin tez bir zamanda gəlirli olması üçün edilir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
https://yuanpaygroup.site/index.html