Huawei professional kamera ilə çəkilmiş fotonu smartfon vasitəsilə çəkilmiş kimi təqdim edib



    Bugün internetdə Huawei şirkəti ilə bağlı maraqlı bir xəbər yayıldı. Belə ki, məlumata əsasən şirkət professional fotokamera vasitəsilə çəkilmiş fotonu Nova 3 smartfon modelinin ön kamerası ilə çəkilməsi adı ilə təqdim edibmiş. Şirkətin Misirdəki şöbəsi sözügedən smartfonun ön kamerasının yüksək özəlliklərini əks etdirən reklam videosu paylaşıb. Videonun paylaşılmasından bir neçə müddət sonra modellərdən biri olan Sarah Elshamy öz Instagram hesabında videonun çəkiliş prosesindən olan bir fotonu paylaşıb. Həmin fotodan görmək olar ki, reklam videosunda təqdim olunmuş foto professional fotokamera ilə çəkilib. Foto tez bir zamanda Instagram hesabından silinib.

 




Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar