Ucuz qiymətə flaqman smartfon: Xiaomi Poco F1 rəsmi olaraq təqdim olundu



    Bugün Xiaomi şirkəti Hindistanda özünün yeni Pocophone subbrendinin ilk flaqman modeli olan Poco F1-i təqdim etdi. Bu smartfon modeli barəsində hələ bir neçə müddət bundan öncə məlumatlar yayılanda qeyd olunurdu ki, Poco F1 ucuz qiymət göstəricisinə sahib flaqman model olacaq. Bu məlumatlar özünü doğrultdu. Belə ki, smartfon 18:9 nisbətli 6.18 inç Full HD+ ekran (2246x1080 piksel keyfiyyətli) ilə təchiz olunub. Ekran həmçinin çıxıntı hissəyə və Gorilla Glass qoruyucu şüşəsinə də sahibdir. Ekran üzərində olan çıxıntı hissəsində istifadəçi üzünün infraqırmızı skan ötürücüsü var. Bu isə öz növbəsində skan prosesini hətta qaranlıqda da rahat hala gətirir.


    Smartfon həmçinin 2.8 GHz tezlikli 8 nüvəli Snapdragon 845 prosessoru, GPU Adreno 630 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəkli) və Quick Charge 3.0 sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameralara gəldikdə isə Poco F1 12 MP + 5 MP ikili arxa kamera və 20 MP-lik ön kameraya sahibdir. Smartfonun yuxarı hissəsində 3.5 mm-lik audiogiriş, aşağı hissəsində isə USB Type-C girişi var. Bütün bunlardan əlavə olaraq smartfon həmdə maye soyuducu sistemə də sahibdir. Bunun sayəsində posessor hətta ən yuxarı sistem göstəricilərini tələb edən tətbiqlərin çalışması zamanı da yüklənməyə məruz qalmır.


    Şirkətin yeni flaqman smartfonu MIUI 9.6 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Lakin şirkətin verdiyi məlumata əsasən artıq bu ilin 4-cü rübündə smartfon Android 9.0 Pie əməliyyat sisteminə kimi yenilənəcək. Beləliklə 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 300$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 420$, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 430$ qiymətinə satılacaq. Hindistan bazarında Poco F1 artıq 29 Avqust tarixində satışa çıxacaq. Digər bazarlarda bu smartfonun nə zaman satışa çıxacağı barəsində şirkət heç bir məlumat verməyib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
INTERNATIONAL YUAN