İnternetdə inqilabi həll? Google şirkəti URL ünvanları əvəz edəcək texnologiya üzərində çalışır



    Google Chrome brauzerinin tərtibatçılar komandası ünvanların qeyd olunmasının daha təkmilləşdirilmiş versiyasını hazırlamaqla və ənənəvi URL-dən imtina etməklə internetdə inqilab yaratmaq istəyir. Yeni texnologiya əsasən saytların ünvanlarında dəyişikliklər edərək istifadəçi məlumatlarını oğurlayan hackerlərin qarşısını almalıdır. URL 1990-cu ildə interneti yaratmış Timothy Berners-Lee tərəfindən tərtib olunub. İlk vaxtlarda bu texnologiyadan internetdəki faylların yerlərini təyin etmək üçün istifadə edirdilər.

    Daha sonra isə bütün saytlar bu texnologiyadan istifadə etməyə başladılar. Google şirkətinin fikrincə saytların ünanlarının bu cür qeyd olunması üsulu artıq köhnəlib və o təhlükəsiz deyil. Belə ki, bir çox smartfonlarda URL hissə tam olaraq görünmür. Hackerlər isə rahatlıqla hansısa saytın ünvanını .com-dan .biz və ya .info-ya dəyişərək istifadəçi məlumatlarını oğurlaya bilərlər. Google şirkəti bildirib ki, o, saytların yeni identifikasiya üsulunu gələn ilin yaz fəslində təqdim edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
YUAN-INTERNATIONAL