Naqilsiz şarj cihazı Apple AirPower'in aqibəti necə oldu?



    Naqilsiz şarj cihazı AirPower ilk dəfə 2017-ci ildə təqdim olunmuşdu. Həmin vaxtda Apple şirkəti sözügedən cihazı 2018-ci ildə satışa çıxartmağı söz vermişdi. Lakin bu hələ də baş verməyib. AirPower cihazının ləğv olunmasının səbəblərini SonnyDickson adlı sayt təqdim edib. Hələ 2017-ci ildə AirPower cihazını təqdim etməklə Apple şirkəti naqillərin olmadığı bir dünyanı söz vermişdi. İstifadəçi öz iPhone və ya Apple Watch cihazını AirPower-in üzərinə qoyaraq onu şarj edə biləcəkdi. Naqilsiz şarj stansiyasının satışlarına bu il start verilməli idi. Lakin Apple şirkəti sözügedən cihazın istehsalında bir sıra problemlər ilə qarşılaşıb.


    Məlumatlara əsasən bu cür problemlərdən biri də cihazın tez zamanda qızmasıdır. Qızma nəticəsində cihazın daxili komponentləri yararsız hala düşür. Bundan əlavə olaraq AirPower-in proqram təminatındakı bəzi səhvlər nəticəsində cihaz özünə qoşulmuş digər cihazları təyin edə bilmir. Bu problem əsasən AirPods qulaqlıqlarının və Apple Watch saatlarının qoşulmasında yaranır. Sonda ən əsas problem cihazda olan induksiya qurğularıdır. Hesablamalarda olan səhvlər ucbatından cihaz çox zaman özünə qoşulmuş cihazlara cərəyanı ötürə bilmir. Bu cür nasazlıqlardan əlavə olaraq induksiya qurğuları da stabil çalışmayaraq AirPower-in enerji sərfiyyatını sürətli şəkildə aşağı endirirlər. Məlumatlara əsasən Apple şirkəti məhsulun çertjojlar səviyyəsinə qayıdaraq onu sıfırdan hazırlamağa başlayıb.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar