SpaceX şirkəti Ay ətrafı uçuşa yollanacaq ilk kosmik turistin adını açıqladı



    Elon Musk öz Twitter hesabında yaponiyalı milyarder Yusaku Maezawa ilə birlikdə çəkilmiş fotonu paylaşıb. Bu şəxs 2023-cü ildə BFR (Big Falcon Rocket) raketi vasitəsilə Ay ətrafı uçuş edərək dünyanın ilk kosmik turisti olmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Maedzawa, Zozo adlı online geyim mağazasının sahibidir. Maedzawa Ay ətrafı uçuşundan art layihə yaratmaq niyyətindədir. Buna görə də onunla birlikdə bu uçuşda incəsənət dünyasından 8 nəfər də (rəssam, musiqiçi, film yaradıcısı, geyim dizayneri və s.) iştirak edəcək. Kosmik səyahət çərçivəsində turistlərdən ibarət qrup SpaceX şirkətinin BFR raketi vasitəsilə Ay ətrafında uçuş edərək Yer kürəsinə qayıdacaq. Təqribi hesablamalara görə bunun üçün 1 həftə zaman lazım olacaq. Qeyd etmək lazımdır ki, SpaceX ilk kosmik turist ilə hələ 14 Sentyabr tarixində müqavilə bağlamışdı. Lakin onun kim olduğu bugün məlum oldu.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar