Google şirkətinin ekrana sahib ağllı səsgücləndiricisinin fotoları sızdırıldı



    1 ay bundan öncə məlumat yayılmışdı ki, Google şirkəti yaxın zamanda ekrana sahib ağıllı səsgücləndirici cihazını təqdim edəcək. İndi isə My Smart Price adlı mənbə sözügedən cihazın fotolarını və onun haqqında bəzi məlumatları paylaşıb. Təqdim olunmuş məlumata əsasən Google şirkətinin yeni cihazı Google Home Hub adlanacaq. Cihaz 7 inç LCD ekranla təchiz olunmalıdır. Həmin ekranda isə həmişə avtomatik olaraq zaman və hava haqqında məlumatlar əks olunacaq. Bundan əlavə olaraq ağıllı səsgücləndirici vasitəsilə musiqiyə qulaq asmaq, onun ekranında fotolara baxmaq və sizə lazım olan yerə kimi ən qısa yolu tapmaq mümkün olacaq. Həmçinin Google Home Hub iki diapazonlu Wi-Fi sistemi, Bluetooth Google Assistant səsli köməkçisinə sahib olacaq. Çox güman ki, Google Home Hub 9 Oktyabr tarixində yeni Pixel smartfon modelləri ilə birlikdə təqdim olunacaq. Məlumata əsasən cihazın qiyməti 150$ təşkil edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar