Uşaqlıq dövrünə qayıdış: Sony şirkəti PlayStation Classic mini konsolunu anons etdi (VİDEO)



    Sony şirkəti Nintendo-nun Mini Classic oyun konsolunun uğurunu görərək həmin yol ilə getməyi qərara aldı və PlayStation Classic adlı mini oyun konsolunu anons etdi. İlk PlayStation konsolunun yenilənmiş versiyası 1994-cü ildəki dizayna sahib olacaq, lakin 45% daha kiçik olacaq. Yenilənmiş versiyada şirkət düymələri, gamepadlar üçün nəzərdə tutulmuş giriş yerlərini və digər elementləri olduğu kimi saxlayıb. Konsolun ön panelində gamepadlar üçün olan giriş yerlərinin altında həmçinin iki USB girişi də var. Arxa paneldə isə HDMI girişi ilə enerji naqili girişi yerləşir. Komplektin özündə PlayStation Classic konsolu, ilk PlayStation konsolunun naqilli iki gamepad-ı, HDMI və Micro USB naqilləri olacaq. Lakin komplektə şarj naqili daxil edilməyib. Bundan əlavə olaraq konsolun yaddaşında Final Fantasy VII, TEKKEN 3, R4:Ridge Race Type 4, Jumping FlashWild Arms da daxil olmaqla 20 oyun yerləşəcək. PlayStation Classic 3 Dekabr tarixindən 100$ qiymətində satışa çıxacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar