Softbank yüzlərlə ölkəni pulsuz elektrik enerjisi ilə təmin edəcək



    Yaponiyanın Softbank adlı mediakorporasiyası əmindir ki, onun günəş enerjisinə olan investisiyaları 25 ildən sonra öz bəhrəsini verəcək. Həmin müddətdən sonra texnologiyaların inkişafı ucuz elektrik stansiyaların inşasına imkan verəcək və beləliklə elektrik enerjisi demək olar ki, pulsuz şəkildə insanlara təqdim ediləcək. Müştərilər isə yalnız günəş panellərini təmizləyən robotlara görə ödəniş edəcəklər. Softbank pulsuz elektrik enerjisi ilə Beynəlxalq Günəş İttifaqı-nın (ISA) iştirakçı ölkələrini təmin edəcək.

    Qeyd etmək lazımdır ki, bu ittifaqa 120-dən çox ölkə daxildir. Sözügedən planı Softbank-ın CEO-su Masayoshİ Son elan edib. Ölkələr elektrik enerjisinin əldə olunması üçün yalnız ilk 25 il ərzində ödəniş etməli olacaqlar. 25 ildən sonra isə elektrik enerjisi tamamilə pulsuz təqdim olunacaq. 25 ildən sonra ödənişlər yalnız xidmət prosesi üçün olacaq. Son-un sözlərinə əsasən günəş panellərinin təmizlik işləri üçün robotlardan istifadə etmək olacaq. Softbank-ın CEO-nun fikrincə günəş elektrostansiyaları 25 ildən sonra öz bəhrəsini verəcək uğurlu investisiya sahəsidir.


    Bununla yanaşı Son əmindir ki, həmin elektrik stansiyaları 100 illərlə xidmət göstərməyə qadir olacaqlar. O həmçinin qeyd edib ki, ölkələr artıq ümumi elektrik şəbəkəsini yaratmaq üçün bir araya gəlməlidirlər. Bundan əvvəl Softbank Hindistanda günəş enerjisinin inkişafı üçün 100 milyard dollar investisiya yatıracağını söz vermişdi. İnkişafda olan ölkələr yaxın gələcəkdə təmiz enerji sahəsində lider təmsilçilər olmaqda böyük şanslara sahibdirlər. Hindistan və Çin bərpa olunan enerji sahəsində artq inkişaf etmiş ölkələri geridə qoyur. Həmin ölkələr böyük investorlardan külli miqdarda investisiya cəlb edə bilirlər.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Yuan-International