Huawei şirkəti 5G texnologiyalı əyilə bilən smartfon üzərində çalışır



    Samsung şirkəti artıq bir neçə müddət bundan öncə əyilə bilən smartfon modeli üzərində çalışdığını təsdiq etmişdi. Şirkət onu gələn ay təqdim edə bilrə. Bundan əlavə olaraq bir sıra məlumatlara əsasən əyilə bilən smartfon üzərində Samsung şirkətindən əlavə olaraq Apple, Huawei, LG ZTE kimi şirkətlər də çalışırlar. Bugün isə Huawei şirkətinin general direktoru öz müsahibəsində şirkətin əyilə bilən smartfon üzərində çalışmasını təsdiqləyib. “Biz hal hazırda 5G texnologiyasına sahib əyilə bilən smartfon üzərində çalışırıq” - deyə şirkətin general direktoru bildirib.

    Beləliklə məlum olub ki, Huawei şirkətinin yeni smartfon modeli əyilmə özəlliyindən əlavə olaraq 5G texnologiyasına da sahib olacaq. Jurnalistlər əyilə bilən smartfon barəsində əlavə məlumat əldə edə bilməyiblər. Əldə olunmuş yeganə məlumat ondan ibarətdr ki, şirkətin əyilə bilən smartfon modeli bir neçə müddət bundan öncə təqdim olunmuş Mate 20X gamer smartfonunun əsasında hazırlana bilər. Baxmayaraq ki, şirkət hələki özünün əyilə bilən smartfon modeli barəsində ətraflı məlumat vermir və Samsung özünün bu cür məhsulunu artıq gələn il üçün satışa çıxartmağı planlaşdırır, güman etmək olar ki, Huawei şirkəti buna cavab verməyə hazırdır.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar