Apple şirkəti gələcək iPhone'ların ekranlarını çıxıntı hissədən məhrum edə bilər



    Phonearena saytının jurnalistləri Apple şirkətinin yeni patent sənədlərini aşkar ediblər. Həmin patent sənədlərindəki məlumatlara əsasən Apple şirkəti gələcək iPhone modellərinin ekranlarının yuxarı hissəsini çıxıntı hissədən məhrum edəcək. Qeyd etmək lazımdır ki, ilk dəfə çıxıntı hissə 2017-ci ildə təqdim olunmuş iPhone X smartfon modelində öz əksini tapmışdı. Həmin vaxtdan bəri ekran üzərində çıxıntı hissə trendinə bir çox smartfon istehsalçıları uydular.

    Bununla belə Apple şirkəti həmin çıxıntı hissədən qurtulmağa ümid edir və bu yolda yeni texnologiyaların patentini almaq istəyir. Patent sənədlərini incələmiş jurnalistlərin sözlərinə əsasən Apple şirkəti çıxıntı hissədən istifadə etməyərək ön kameranı ekrana inteqrasiya etməyin yollarını axtarır. Çıxıntı hissədən qurtulmağın yollarından biri də smartfon ekranının yuxarı hissəsində kiçik dirəvi formalı hissə ola bilər. Həmin hissədə Face ID texnologiyasının sensorları və ön kamera obyektivi yerləşə bilər.

    Bundan əlavə olaraq Face ID texnologiyası ilə ön kameranın yerləşəcəyi həmin dairəvi hissə də sensorlu ola bilər və nəzəri cəhətdən istifadəçilər üçün daha funksional ola bilər. Buna baxmayaarq bir sıra mütəxəssislərin fikrincə Apple şirkəti öz yaratdığı texnologiyaların əvəzinə Samsung şirkətinin tamamilə çərçivəsiz ekran texnologyasından istifadə edə bilər. Qeyd etmək lazımdır ki, Samsung şirkəti özünün bu texnologiyasını artıq demək olar ki, tam hazır edib.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar