Samsung Galaxy Note 10 haqqında ilk məlumatlar ortaya çıxdı



    iGeekPhone adlı mənbənin məlumatlarına əsasən Galaxy Note 10 smartfonu Samsung şirkətinin tarixində ən böyük ölçülü modeli olacaq. Belə ki, məlumata əsasən Galaxy Note 10 6.66 inç ekrana sahib olacaq. Bu, 6.5 inç ekrana sahib iPhone XS Max modelindən böyük, 7.2 inç ekrana sahib Huawei Mate 20X modelindən isə kiçikdir. Bununla yanaşı məlumatda qeyd olunub ki, Galaxy Note 10 Qualcomm şirkətinin 7 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış Snapdragon 8150 prosessoru ilə təchiz olunacaq və smartfonun baza versiyası təqribi olaraq 1077$ təşkil edəcək. Smartfonun digər texniki məlumatları və təqdimat tarixi barədə məlumatlar yoxdur. Lakin çox güman ki, şirkət ənənəyə sadiq qalaraq smartfonu gələn ilin Avqust ayında təqdim edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar