Huawei şirkətinin ilk əyilə bilən smartfon modeli barəsində bəzi məlumatlar yayıldı



    Görünür, gələn il Huawei şirkəti əyilə bilən smartfonlar sahəsində Samsung-un əsas rəqibinə çevriləcək. Belə ki, yayılmış məlumatlara əsasən Huawei şirkətinin ilk əyilə smartfon modeli 8 inç ekranla təchiz olunacaq. Bu isə Samsung şirkətinin bu ay təqdim etdiyi əyilə bilən smartfon prototipinin ekran ölçüsündən (7.3 inç) böyükdür. Əyilə bilən smartfon BOE şirkəti tərəfindən istehsal edilən ekranlarla təchiz olunacaq. Qeyd etmək laızmdır ki, həmin şirkət həmçinin Huawei Mate 20 Pro modeli üçün OLED ekran istehsalı ilə də məşğul olur.

    Məlumata əsasən şirkət artıq öz əyilə bilən smartfon modelini koreyalı mobil operatorlara təqdim edib və insayderlərin verdikləri məlumata əsasən təqdim olunmuş cihaz heç də prototip deyil. O daha çox artıq hazır vəziyyətə gətirilmiş cihazı xatırladır. Görünür, Huawei şirkəti bu sahədə Samsung-a tam ciddi şəkildə rəqib olmağa hazırlaşır. Həmçinin gələn ilin əvvəlindən 5G şəbəkəsi artıq istifadəyə verilməlidir. Huawei şirkəti də öz əyilə bilən smartfon modelini məhz həmin dövrdə təqdim etməyi planlaşdırır. Gözləntilərə əsasən şirkətin ilk əyilə bilən smartfon modeli gələn ilin Fevral ayında baş tutacaq MWC 2019 tədbirində təqdim olunacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar