Firebase Test Lab artıq iOS sistemini də dəstəkləyir



Firebase Test Lab artıq iOS sistemini də dəstəkləyir


    Firebase öz test laboratoriyasını ilk dəfə 2016-cı ildə təqdim etmişdi. Həmin zamandan etibarən alət yalnız Android ƏS-ni dəstəkləyirdi. Google I/O 2018-də may ayında şirkət iOS üçün beta-test mərhələsini başlatdı və hazırda platforma artıq bütün developerlər üçün açıqdır.

    Testlər real cihazlar üzərində bulud əsaslı sistem vasitəsi ilə aparılır. 10 ədəd iPhone və iPad cihazlarında iOS sisteminin 7 fərqli versiyaları istifadə olunur. Onlar ilə işləmək üçün XCTestdən istifadə etmək olar.

    Ətraflı Dokumentasiya: https://firebase.google.com/docs/test-lab/ios/firebase-console

    Qeyd etmək lazımdır ki, Test Lab həmçinin avtomatlaşdırılmış testlər üçün olan Robo alətini də təkmilləşdirdi - o artıq oyunları daha yaxşı yoxlayır, daxili API əlaqələri inkişaf etdirilib və alət çətin formalardan məharətlə keçə bilir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar