Mars planetinin iqlimini dəyişdirmək alınmayacaq: İnsanlar skafandrda yaşamalı olacaqlar



    Mars planeti üzrə mütəxəssislər olan  Bruce JakoskyChristopher Edwards Mars planetinin atmosferində nə qədər miqdarda karbon qazının olduğunu və ona hansı miqdarda CO2-nin əlavə olunmasını öyrənmək üçün qırmızı planetin atmosferinin modelini yaradıblar. Nəticədə məlum olub ki, Mars planetində karbon qazı ilə zəngin bütün buzlaqlar əridilsə də planetdə parnik effektinin yaradılması və temperaturun yüksəlməsi üçün lazımi miqdarda maddə əldə olunmayacaq. Beləliklə insanlar Mars planetinin səthində skafandr olmadan gəzə bilməyəcəklər.

    Artıq uzun illərdir ki, insanlar Yer kürəsində qlobal fəlakətin baş verəcəyi halında Mars planetində insanlıq üçün koloniyanın yaradılacağına ümid edirlər. Lakin planetin səthindəki temperatur -40 dərəcədir. Bu isə insanlıq üçün münbit şərait göstəricilərindən çox uzaqdır. Planetin səthindəki buzlaqların tərkibində karbon qazının olmasını müəyyənləşdirdikdən sonra alimlər Mars planetinin terraformalaşdırılması ideyasını təklif etdilər. İdeya ondan ibarətdir ki, Mars planetindəki buzlaqları əritdikdən sonra atmosferə yetəri miqdarda CO2 daxil olacaq. Bu isə növbəsində parnik effekti yaradaraq planet səthindəki temperaturu yüksəldəcək.

    Jakosky və Edwards MAVEN, Mars Express, Mars ReconnaissanceMars Odyssey missiyalarının məlumatlarını analiz edəndən sonra belə nəticəyə gəliblər ki, Mars planetinin iqliminin dəyişdirilməsi qeyri-mümkündür. Məsələ burasındadır ki, Mars planetindəki bütün buzlaqların əridilməsi halında belə atmosfer təzyiqi yalnız 15 mbar-a (millibar) kimi qalxacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsində bu göstərici 987 mbar-dır. Bu isə o deməkdir ki, Mars planetində insanlar üçün münbit şərait yaratmaq mümkün olmayacaq. Hər halda planetin terraformalaşdırılması üsulu bu prosesdə yaramayacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar