Google Wallet yenidən dizayn edildi



"Google”un rəqəmsal pul kisəsi servisi Google Wallet, daha praktiki və gözəl bir dizayn təklif üçün yenidən əldən keçirildi və yeni dizaynı ilə istifadəyə təqdim edildi.


 "Google”, rəqəmsal pul kisəsi servisi Google Wallet xidmətinin web versiyasındakı interfeysini yenilədi. Yenilənən dizayn ilə Google Wallet daha istifadəyə yararlı oldu. Bundan belə dostlarınıza email və telefon nömrəsi üzərindən pul transfer edə bilərsiniz.

Beləliklə bank hesablarından başqa hesablara pul transferi sürətli reallaşdırılacaq. Yeni dizaynlı servisdə əlavə tətbiqə ehtiyac duymadan pul transferi və dostlarınızdan pul tələbi edə biləcəksəniz. Anroid Pay ilə Google Wallet arasındakı fərq isə beləcə daha da dəqiqləşdi. Google Wallet təməl olaraq pul köçürmələrinin edildiyi bir platformadır, Android Pay isə alışveriş sistemlərində istifadə edilən bir xidmət olaraq daha dəqiq bir şəkildə ondan fərqlənmiş oldu.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar