Facebook Messenger'ə mesajların silinməsi funksiyası əlavə olundu



    Facebook Messenger-ə sonunda mesajların silinməsi funksiyası əlavə olunub.. Lakin yeni funksiya hələki bəzi ölkələrin istifadəçiləri üçün aktivdir. Buna baxmayaraq funksiya yaxın zamanda hamı üçün aktiv hala gələcək. Beləliklə mesajların silinməsi funksiyası öz əvvəlki versiyasından bir qədər fərqlənir. Belə ki, tərtibatçılar “Unsend” yerinə onu “Remove for Everyone” adlandırıblar. Nəticədə əgər istifadəçi hansısa mesajda səhv aşkar etsə və ya mesajı səhvən digər şəxsə göndərmiş olsa, bu funksiya sayəsində göndərilmiş mesajı silmək olacaq. Lakin Messenger buna sadəcə olaraq 10 dəqiqə vaxt verəcək. Yəni istifadəçi göndərdiyi mesajı silmək üçün 10 dəqiqə vaxta sahib olacaq.


    Niyə bu qədər az? Adətən istifadəçilər bu cür mesajları ilk 1 dəqiqə ərzində sildikləri üçün tərtibatçılar böyük zaman limiti verməyiblər. Məsələn Whatsapp-da bu zaman limiti 1 saat təşkil edir. Hal hazırda yeni funksiya Polşa, Boliviya, Kolumbiya və Litva sakinləri üçün aktivdir. Digər ölkələrin istifadəçilərinin bu yeni funksiyadan nə zaman istifadə edəcəkləri barədə Facebook heç bir məlumat verməyib. Lakin ehtimal ki, çox gözləməyə ehtiyac qalmayacaq. Bununla yanaşı məlumata əsasən gələcəkdə Messenger-ə avtomatik şəkildə silinən mesajlar funksiyası da əlavə oluna bilər. Bu halda mesajların hansı zaman intervalından sonra silinəcəklərini istifadəçilər ayarlar vasitəsilə seçə biləcəklər.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar