Apple şirkəti bu ilki hər 3 iPhone modelinin istehsalını azaltdı



    Bugün Reuters saytı The Wall Street Journal-dan aldığı məlumatlara əsasən bildirib ki, Apple şirkəti son bir neçə həftə ərzində Sentyabr ayında təqdim etdiyi hər 3 iPhone modelinin istehsalını azaldıb. Məlumata əsasən şirkətin yeni iPhone modellərinə tələb gözlənildiyindən daha aşağı olub. Şirkətin birdən 3 iPhone modelini satışa çıxartması qərarı həmçinin cihazların daxili komponentlərinin və cihazlarının özlərinin saylarının proqnozlaşdırılmasında çətinliklərə səbəb olub.

    Bunun nəticəsində anbarlar çoxlu sayda cihazlarla dolub. Onlar isə tez bir zamanda satılmırlar. Belə ki, bir çox alıcıları şirkətin yeni qiymət siyasəti heç də qane etməyib. Bundan əlavə olaraq bir neçə həftə bundan öncə şirkət Yeni il qabağı aşağı satış nəticələrini proqnozlaşdıraraq investorları heyrətləndirmişdi. Bu isə öz növbəsində həmçinin Apple cihazları üçün komponentlər istehsal edən istehlakçılara da təsir edib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət yalnız iPhone XR modelinin istehsal miqyasını kiçiltmişdi. Lakin indi isə şirkət hər 3 iPhone modelinin istehsal miqyasını kiçildib.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar