Galaxy S9 ilə S9+ modellərinin Avropa qiymətləri məlum oldu



25 Fevral tarixində “Samsung” şirkəti Galaxy S9 və S9+ modellərini təqdim edəcək.

    Adəti üzrə təqdimata bir neçə gün qalmış smartfonlar barəsində bəzi məlumat sızıntıları oldu və onların Avropadakı qiymətləri məlum oldu. Bu barədə məşhur insayder Evan Blass öz Twitter hesabında bildirib. Onun verdiyi məlumata əsasən Galaxy S9 modeli Avropada 841 avro qiymətinə satılacaq.


    Galaxy S9+ modelinin qiyməti isə 997 avro təşkil edəcək. Əgər yeni modellərin qiymətləri həqiqətən də belə olsa, onda bu cür qiymət göstəriciləri şirkətin smartfon tarixi ərzində ən yüksəyi olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Galaxy S8S8+ modelləri 799 və 899 avro qiymətində satılırdılar.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar